1175: HÜSEYN

Əziz bacı oğlum Cəlilov Hüseynə ithaf edirəm.

(Xəstə vəziyyətdə olarkən Cəlilov Hüseynə xitabən yazılmış şeir)

HÜSEYN

İnşallah qarşına çıxar təbibin,

İnşallah çatarsan nicata Hüseyn.

Şəfanı da verər əlbət həbibin,

Səni sirab eylər o buta Hüseyn,

İnşallah çatarsan nicata Hüseyn.

Allahın əlində xəstə halınız,

Olar baharda gül dəstə halınız,

İlahidən olar bəstə halınız.

Həyatın bax dönər nabata Hüseyn,

İnşallah çatarsan nicata Hüseyn.

Qəlbinin gözüylə haqqı görənsən,

Sərraf Qasıma sən, arxa, ərənsən,

Qohuma, qardaşa nəfəs verənsən,

Araza, Arzuya kam ata Hüseyn,

İnşallah çatarsan nicata Hüseyn.

Əzizim Hüseyn! Allahın dərgahına möhkəm sığın, Allah canını sağ, işini abad eyləsin. Amin. İnaşllah! 20.03.2001-ci il – bayram gecəsi saat 03:30.