1171: DÜŞMÜSƏN

DÜŞMÜSƏN

Geyilmirsən sən,

Moddan düşmüsən.

Yeyilmirsən sən,

Daddan düşmüsən.

Əyilmirsən sən,

Döyülmürsən sən.

Yayılmırsan sən,

Baddan düşmüsən.

Dünyanı tanı,

Belədir sonu.

Şöhrətin hanı?

Addan düşmüsən.

Nəyə nailsən?

Kimə mailsən?

Doğma deyilsən,

Yaddan düşmüsən.

Sərraf, de özün,

Keçirmi sözün?

Kül olub közün,

Oddan düşmüsən.