1170: AY DƏLİ

AY DƏLİ

(Zarafatyana)

Ağıllan bir az,

Dəli, ay dəli.

Gəl, eşqimə de:

“Bəli”, ay dəli.

Balım, nabatım,

Şəfinə batım.

Ver, bəri tutum,

Əli, ay dəli.

Bahar tək şənsən,

Ömürsən, günsən,

Sərrafın sənsən,

Gülü, ay dəli.