1169: BAYATI (Aşıq, gəl)

BAYATI (Aşıq, gəl)

Əzizim əzizləyir,

Elim sizi gözləyir,

Yollarını izləyir,

“Zorbulaq”, gur gözə gəl,

Aşıq, sözü təzə gəl.

Sədam doğma sədandı,

Babam doğma babandı,

Obam doğma obandı,

Elimizi bəzə, gəl,

Aşıq, toya, bizə gəl.

Qorxma sən o yaradan,

Gəl sən keç bax buradan.

Qorusun o yaradan,

Tutmasın qəhr-qəza, gəl,

Aşıq, sözə, saza gəl.

Bahar məni çox çəkdi,

Bu nə xoş bir istəkdi,

Hər yan güldü, çiçəkdi,

Aşıq, bizim yaza gəl,

Əlində mey, məzə gəl.

Halıyam gül işindən,

Gülərəm gülüşündən,

Aşıq, dost gəlişindən,

Sərraf istər yaza, gəl,

“Batabat”a naza gəl.