1168: GÖRÜNMÜR

GÖRÜNMÜR

Gül vururam, güllənmir,

Dindirirəm, dillənmir.

Doğuşundan bəllənmir,

Ayım batıb, görünmür,

Bəlkə yatıb, görünmür.

Yar qəlbimin həkimi,

Qiymət verim nə kimi?

Qəmdən tutub yükümü,

Məni atıb görünmür,

Yada satıb, görünmür.

Sərraf Qasım qalıb mat,

Qəribədir bu həyat.

Yarım salıb ixtilat,

Ara qatıb görünmür,

Üzün tutub görünmür.