1166: SƏHVLƏNƏR

SƏHVLƏNƏR

(Divani)

Xəta edər, çıxar yoldan,

İnsan bir gün səhvlənər.

Kərəm kimi sehirlənər,

Yaxası sədəflənər.

Loğman gəlsə üstə yenə,

Əlac olmaz dərdinə.

Köçər, ya da taxtdan düşər,

Çoxdu belə səhnələr.

Varsa, desin bu həyatda,

Kim şirin tamın alıb?

Kimin üstən bad əsməyib?

Kim yanar şamın alıb?

Görən varmı? Olub ondan,

Kim xoş hal, kamın alıb?

Söylə görək kimə qalıb?

Kimindi dəfinələr?

Bəzi şöhrət düşkünləri,

Düz yolu saxta edir.

Mənliyini satıb onlar,

Başında noxta[1] gedir.

Saxta yolla çatmaq üçün,

Mənsəbə, taxta gedir.

Sərraf Qasım, görür gözün,

İnsan edir of, nələr.

[1] Noxta – kəndir