1164: YAXŞIDIR

YAXŞIDIR

(Divani)

Dar günündə qaçar namərd,

Mərd meydanda yaxşıdır.

Var da, xeyir-bərəkət də,

Mehribanda yaxşıdır.

Cəhd edib yorma özünü,

Qismət “Kərəm kan”dadır.

Vüsal, tərəqqi ulduzun,

Doğsa danda yaxşıdır.

Çörək versən, yıxılmazsan,

Çox qüvvətli olarsan.

Dərdə əlac eyləyərsən,

Həm şəfqətli olarsan.

Haqq qol qoyar ürəyinə,

Həm mürvətli olarsan.

Üz ağardar açıq süfrə,

Nəmək[1], nan[2] da yaxşıdır.

Əzraildən qulağına,

Qəfil gələndə bir səs,

Sərraf Qasım, edə bilməz,

İnsana kömək heç kəs.

Varlı, varsız köçüb gedər,

Yarı bədbəxt, yarı nəs.

Ahı-zarla keçməyə gün,

Bu cahanda yaxşıdır.

[1] Nəmək – duz

[2] Nan – çörək