1163: HƏLƏ

HƏLƏ

Xilqətindən doymayıbdır,

Saçlar dəndən, ömür gündən,

Həyat, səndən gözüm hələ.

Laylanıram beşiyində,

Sənsəm dayəm, Qeysə tayam,

Sevdadayam özüm hələ.

Həyat, səni xoş tanıram,

Büsatına inanıram.

Səndə min məna anıram,

Bulaq səsdə, göz həvəsdə,

Sinən üstə gəzim hələ.

Həyat, eşqin bizə qarşı,

Bəxş etdiyin yaza qarşı.

Sən satdığın naza qarşı,

Nəvandan da, səfandan da,

Vəfandan da yazım hələ.

Qəlb tellərin darayarsan,

Axtararsan, arayarsan.

Həyat, könül sarıyarsan,

İlqar bizim itməz izim,

Olar sözüm lazım hələ.

Həyat, sarı simlə, qəmdə,

Köklənibdir sazım bəmdə.

Sərraf Qasımam, sinəmdə,

Xəzinəm var, bağlı yatar,

Qatar, qatar sözüm hələ.