1160: DEYİLMİŞ

DEYİLMİŞ

Nanəcib, yalançı dostun,

Verdiyi söz, söz deyilmiş.

Demək, vədi yalan imiş,

İlqarında düz deyilmiş.

Dost özgəyə saldı meyil,

Məqsədinə oldu nail.

Yaxşı ki, bunlar çox deyil,

Əlli, altmış, yüz deyilmiş.

Sərraf Qasım, dünya mülkü,

Çoz şirindi, onu bil ki,

Adı insan, özü tülkü,

Belələri az deyilmiş.