1159: QURBAN OLUM (Əl işinə qurban olum)

QURBAN OLUM (Əl işinə qurban olum)

Tək əldən səs çıxmaz, de?

El işinə qurban olum.

Bir-birinə qüvvət verən,

Əl işinə qurban olum.

Nankor, namərd, dərdim sənin,

Əqidəni gördüm sənin.

Sevinc verən mərdim, sənin,

Gülüşünə qurban olum.

Gərəyi yadın, doğmanın,

Şəfa verən bir loğmanın.

Əkib, becərən bağbanın,

Gül işinə qurban olum.

Qapını hicran döyməsin,

Eşitmə qəzanın səsin.

Şadlığa səbəb hər kəsin,

Gəlişinə qurban olum.

Sərraf, söz de, məna dərin,

Vətənə qurbandı sərin.

Xoş xəbərlə ötən şirin,

Dil işinə qurban olum.