1157: ZEYNƏB

ZEYNƏB

Görkəmli xalq artisti Zeynəb Xanlarovaya ithaf edirəm.

Bülbül kimi nəğməkardı,

Oxur gülə-gülə Zeynəb.

Xalqın istək, arzusunu,

Yayır eldən-elə Zeynəb.

Olmuş məhşur Cahan qızı,

Alqışlayır aləm özü.

Mahnıları könül sözü,

Düşmüş dildən-dilə Zeynəb.

Bir dünyadır şan-şöhrəti,

Var tutilik əlaməti.

Coşub, daşar məhəbbəti,

Ülvi eşqi ilə Zeynəb.

Nur al, oxu, aydan, gündən,

Qorxma saçındakı dəndən.

Gələcək gözləyir səndən,

Şən mahnılar hələ Zeynəb.

Sərraf Qasım, nazı kimi,

Yox müğənni özü kimi.

Qaynar bulaq gözü kimi,

Çağlar belə-belə Zeynəb.