1156: QAÇAR

QAÇAR

İnsafla gör hər işini,

İnsafsızın kəli qaçar.

Üz tutsa hər kimə tərəf,

Əl uzatsa, əli qaçar.

O da bir gün olar xəstə,

Ölsə, getməz heç bir kəs də.

İnsafsızın qəbri üstə,

Döşənsə də, salı qaçar.

Sərraf Qasım, belə yazın,

Aqibətin elə yazın.

Arxasınca insafsızın,

Getməz, bir gün eli qaçar.