1153: AXTARAR

AXTARAR

Ataların bir sözü var,

Nişan qoyan al axtarar.

Çətinliyə, dara düşən,

Çıxmaq üçün yol axtarar.

Qazancına halal deyən,

Mərdlərdir öz donun geyən.

Öyrənibdir haram yeyən,

Gəzib müftə bal axtarar.

Düşünmədin bac alanda,

Gözü ovu ac alanda.

Bu qaydadır qocalanda,

İnsan əhli-hal axtarar.

Dostlar, sözüm deyil yalan,

Filan ancaq doğar filan.

Ulaq olan nuvar palan,

At alan da nal axt arar.

Adam var ki, kəsb eyləyər,

Adam var ki, qəsb eyləyər.

Adam var ki, qəsd eyləyər,

Nahaq qilü-qal axtarar.

Adam var ki, var içndə,

Adam var ki, ar içində.

Adam var ki, xar içində,

Əlin açıb pul axtarar.

Nəyə gərək bəzi hislər,

Sərraf Qasım bunu pislər.

Tez qudurar bəzi kəslər,

Rüstəm yıxıb, Zal axtarar.