1151: GÖZƏL (Təravətli)

GÖZƏL (Təravətli)

Təravətli, şairinə,

Bir çiçəkli yazdı gözəl.

Xumar-xumar baxışı var,

Süzgün qara gözdü gözəl.

Görən kimə nazlı yardı,

Hansı qəlbdə iftixardı.

Qəmzələri cadugardı,

Başdan-başa nazdı gözəl.

Saçlar qulac, bir nəzər sal.

Yanağından qoşadı xal,

Dili şirin, dodağın bal,

Bu nişanda azdı gözəl.

Eşq səməndin əyləmədi,

Dərdə əlac eyləmədi.

“Sarıyaram” söyləmədi,

Bağrım başın əzdi gözəl.

Dğubdur ay bənizində,

Tilu eylər gün üzündə.

Sərraf Qasımın gözündə,

Bir vəfalı qızıdı gözəl.