1146: QURBAN OLUM (Həyatına qurban olum)

QURBAN OLUM (Həyatına qurban olum)

Hər saf-təmiz, ürəklərin,

Niyyətinə qurban olum.

Verərəm mən həyatımı,

Həyatına qurban olum.

Kim deyir, namərdsən, pissən?

Vüqarlısan, müqəddəssən.

Adın mərddir, sən hər kəssən,

Heyrətinə qurban olum.

Qızdınmı, oduna layiq,

Adın var, adına layiq.

Mərd etimadına layiq,

Hörmətinə qurban olum.

Pənahımsan, sığınmışam,

Olmasaydın, almazdım kam,

Çətin gündə oldun arxam,

Zəhmətinə qurban olum.

Sərraf Qasımam, hər ərin,

Gördüm sarsılmaz hünərin.

Mən bizim mərd igidlərin

Qeyrətinə qurban olum.