1144: AZDIR

AZDIR

Buna bais kimdir Tanrı?

Ağlayan çox, gülən azdır.

Xoşbəxt gündə, xoş doğulan,

Anasından olan azdır.

Tanımaz nə axça, nə pul,

Satılar qul, alınar qul.

Mərd də olsan, yazıq yoxsul,

Sənə səcdə qılan azdır.

Dosta yetir göz yanında,

Halal çörək, duz yanında.

Elə bilmə düz yanında,

Doğru çoxdu, yalan azdır.

Sərraf Qasım, xəyala dal,

Hanı Sal-sal, Rüstəmi-Zal.

Soruş, gərdişdən xəbər al,

Töküləndən dolan azdır?