1143: MƏN (Uluyam mən)

MƏN (Uluyam mən)

Şəcərə məndədir, baba,

Ululardan uluyam mən.

Gur nərəli sərkərdəyəm,

Koroğluyam, Alıyam mən.

Şair qəlbin duymayan göz,

Bilməz, ilham coşur tez-tez.

Deyilməmiş neçə sirr-söz,

Xəzinəsi doluyam mən.

Sərraf Qasım, necə vaxtdı,

Pullu ələ alıb taxtı.

Öz işində nadan çoxdu,

Qananların quluyam mən.