1140: DÜNYA

DÜNYA

Sənə gələn şirin canlar,

Səndən köçüb getdi, dünya.

Soruşuram, bu şıltaqlıq,

Səndə nə vüsətdi, dünya?

Nə deyirsən bu sevdaya?

Elə de ki, ağla uya.

Bəzən həsrət qalıb suya,

Əkdiklərim bitdi, dünya.

Kim səməndi[1] çapa bildi,

Fırtınanı ləpə bildi,

Axtardığın tapa bildi,

Məqsədinə yetdi dünya?

Edirsən gərdişi tərsə,

Çarəsizdir, hər kim girsə.

Özün öz keçdiyin dərsə,

Yaxşı bax, ibrətdi, dünya.

Sərraf Qasım - bir xaniman,

Bir səltənət - məzarı qan.

Torpaqdan yaranmış insan,

Torpaqlarda itdi, dünya.

[1] Səmənd - Qızılı rəngdə olan at