1136: KİMİ (Səbəb nədir)

KİMİ (Səbəb nədir)

Səbəb nədir lilli suyu,

Sümürürsən camış kimi?

Gündən-günə boy atırsan,

Sucuqdakı qamış kimi.

Nə “of” – deyib ağrıyırsan?

Neçə ürək oğruyursan.

Kəsib, əzib doğruyursan,

Gecə-gündüz o “muş”[1] kimi.

Gəl, eşit bu sənətkarı,

Ol hər işdə ellə yarı.

Eyibini gör ol barı,

Hərdən də bir xamuş kimi.

Sehirlənib, sirlənir hey,

Söz gəzdirib hərlənir hey.

Taya üstə “xər”lənir[2] hey:

Güllü yonca yemiş kimi.

Çıxartdın nə qədər oyun,

Söyüş, lənət, nifrət payın.

Yalquzaqla “himar”[3] tayın,

Sərraf Qasım demiş kimi.

[1] Muş – siçan

[2] Xər – uzunqulaq

[3] Himar – uzunqulaq