1131: NARIN-NARIN

NARIN-NARIN

Sevgilimə könül açdım,

Gənclik vaxtı narın-narın.

Hava doldu, elə bildim,

Şimşək çaxdı narın-narın.

Saf eşqimin iftixarı,

Kama çatsın belə yarı.

O zavallı mənə sarı,

Döndü, baxdı narın-narın.

Mən bir Məcnun, o bir Leyli,

Arxasınca gəzdim xeyli.

Ürəyimə düşdü meyli,

Mənə axdı narın-narın.

Verdim ona mən canımı,

Tapdım ləlü-mərcanımı.

Yarın canı, bu canımı,

Oda yaxdı narın-narın.

Sərraf bağbandır bağına,

Girdim yarın otağına.

Üzük verdim barmağına,

Alıb taxdı narın-narın.