1127: NƏ QALDI YÜZƏ

NƏ QALDI YÜZƏ

Əlfə ziyarətdə halı dolandım,

Mən də bu dünyanı, Alı, dolandım.

Doxsanı topladım, nə qaldı yüzə?

Çin düzə-düzə.

Aşıq, çin düzə-düzə,

Gəzdim çin düzə-düzə.

Saydım ömrüm ilməsin,

Gecə, gün düzə-düzə.

Bac aldım, zülmətdən, dalı dolandım,

Başımda dünyanın alı dolandım.

Bir camaldan başqa, nə qaldı üzə,

Var andım sizə.

Var andım sizə ki, andım yar sizi,

Andım yoldaşsızı, andım yarsızı.

Yaşadar ilqarım, andım yar sizi,

Aşıq deyər yar sizi,

Şadam, tapdım yar sizi.

Əzəl gündən dünyada,

Nakam gördüm yarsızı.

Yarsız, yara çatdın, şirin narının,

Sənlə arasında nə qaldı üzə.

Nübardır təzə.

Təzə nübar təzə bağdan ver, alım,

Təzə bağda var yaşılım, var alım.

Sərraf Qasım fəxr eyləyir, var Alım.

Aşıq deyər var alım,

Var yaşılım, var alım.

Dəfinəsi dağılmaz,

Seçim elə var alım.

Var alım; qiymətdə çox baha olsun,

Sonra da deməyim, nə qaldı yüzə.