1126: QARDAŞI

QARDAŞI

“Əlif” Allah, “Lam”ı “Bey”lə yaradıb,

Arxa deyib çağırıb, qardaş-qardaşı.

Aşiq deyər qardaşı,

Arxa bildim qardaşı,

Dar günündə çağırdım,

Harayıma qardaşı.

Şükür dada çatdı ərənlər kimi,

Vəfadardı, gördüm, beylə qardaşı.

Acı da var, şirin gərdişində bil,

Bəşər doğranıb haqq gərdişində bil,

Aşiq gərdişində bil,

Seyr et gərdişində bil.

Qurban kimi gərək ol,

Kəsil gər dişində bil.

Dolanıb dörd fəslin gərdişində bil,

Zimistanda[1] yağıb örtər qar daşı.

Görməsən bir kimsə talenin nəsin,

Biləsiz, nə vaxtsız qazdırır nə, sin,

Mən aşiq deyər nə, sin?

Duydu nə sinə nə, sin,

Ömrün qırx ili üç yol,

Gördüm talenin nəsin.

Sərraf Qasım deyər: qardaş neyləsin,

Yaman dərdlər çəkir qardaşın başı.

[1] Zimistan – Qış fəsli