1125: NƏ İŞİN

NƏ İŞİN

Zarafat eyləmə, batırar səni,

Su üzündə donmuş buzla nə işin?

közlə nə işin?

Közü buz üstünə qoysan əridər,

Yandırar əlini közlə nə işin?

yazla nə işin?

Yaz könlünə dəymə, sıxar hər əli,

Hər əlində qönçə, bəhrə, bar əli.

Mənzərəli: yaşıl dağlı, dərəli,

Ceyranlı, cüyürlü düzlə nə işin?

izlə nə işin?

İzlər ata-baba yadigarıdır,

Nəsillərdən-nəsillərə varıdır.

Ürəklərin andı, etibarıdır,

Gərəyindir, başqa sözlə nə işin?

üzlə nə işin?

Pis üzdən üzünə gətirmə məlal,

Mətahım dürlü söz, satıram, gəl, al.

Kəsdiyini ayaqlasan, et xəyal,

Tutar səni, çörək, duzla nə işin?

gözlə nə işin?

Gözlə həqiqəti, axtar, tap, keçmə,

Sirri bir bilən var, inan, and içmə,

Sərraf Qasım, sən hər sirrini açma,

Pünhan et dərdini, gizlə, nə işin?

sızla nə işin?