1124: MƏKKƏ BİNADI

MƏKKƏ BİNADI

Zəvvar, dur qibləyə minacat eylə,

Bilki qibləgahın, Kəbə, Minadı,

Məkkə binadı.

Məkkə bina etdi, İbrhim ata.

İsmayıl oğludu, Hacər anadı,

qolu qanadı.

Şux qolu - qanadı oldu İsmayıl,

Dedi, məni zibh et, Muxtarı fail.

Ərşdən qoç gətirdi o dəm Cəbrayıl,

Haqq, İbrahim Peyğəmbəri sınadı,

meyil onadı.

Meyil onadı ki, nə dərdi İblis?

Aldı, əvəzində nə verdi İblis?

İbrahim yanmadı, nə gördü İblis?

Od içi gülüstan, tər gülxanadı,

nəs şeytan adı.

Şeytan adın çəkib, min lənət oxu,

De, ləin, nə çıxar pislikdən axı.

Sözüm həqiqətdir, yozmuram yuxu,

Hər kəs beş gün kanda[1] günün sanadı,

yol məkanadı[2].

Yolun məkanadı, ola min dühan,

Orda ötmür dillər, yumulur dəhan.

Əbəd olan nə insandı, nə cahan,

Sərraf Qasım, dünya, ömür fənadı,

zəhmət canadı.

[1] Kan – bu dünya

[2] Məkan – axirət dünyası