1122: ÇİYNİMDƏ

ÇİYNİMDƏ

Şirin xəyallara dolandırıram,

De, dolandırıram, kimi çiynimdə?

cəmi çiynimdə.

Zənn edirəm: fırtınalı cahanda,

Ümman mənəm, üzür gəmi çiynimdə,

nəmi çiynimdə.

Həyat, yoxuşunda kimi dikləmir?

Kimi kədər, kimi qəmlə yükləmir?

Kim deyir ki, kimi tarı kökləmir?

Dünya zilə çəkmir simi çiynimdə,

bəmi çiynimdə.

Sərraf Qasım, həyat damaqlı, kefli,

Böyük sərkərdədir, bəşər də səfli.

Şad günə, bəd günə insan hədəfli,

Dünyanın kədəri, dəmi çiynimdə,

qəmi çiynimdə.