1121: ŞÜKÜR

ŞÜKÜR

Əziz övladlarıma ithaf edirəm. (Qeyd edək ki, Sərraf Qasım öz ata, ana və əmisinin adlarını öz övladlarına qoymuşdur)

Atam, anam, əmim dönüb həyata,

Allah verib, şirin pay şükür, şükür.

Günəş şəfəq saçıb başımın üstə,

Elə bildim doğub ay şükür, şükür.

Allah verib, şirin pay şükür, şükür.

Sonsuzluq dərdinə dolmasın evlər,

Laylasız, beşiksiz qalmasın evlər.

Oğulsuz, uşaqsız olmasın evlər,

Hər evdən yüksəlsin hay şükür, şükür.

Allah verib, şirin pay şükür, şükür.

Kəsməz zatsız kort qılıncı sovla da,

Olmayana oğul versin mövla da.

Sərraf Qasım, Allah verən övlada,

Qüdrətdən çalınar toy, şükür, şükür.

Allah verib, şirin pay şükür, şükür.