1110: ANA

ANA

Mərhum anamız Zərniyar Quliyevanın timsalında dünyasını dəyişmiş əziz analarımızın xatirəsinə ithaf edirəm.

Min rəhmət dilərəm gözəl iqballı,

İzin var, qalıbdır yadigar, ana.

O müqəddəs gündə torpağa düşdün,

Sənə nə bir sorğu, əzab var, ana.

Küsdürmədin bülbülünü, gülünü,

“Can” deməyə öyrətmişdin dilini.

Hər an açdın səxavətlə əlini,

Yummadın, olmadın heç vaxt dar, ana.

Əhdinə, andına düz ilqar oldun,

Səxavətdə sən hər kəsə car oldun.

Xeyir-şərdə, insanlıqda var oldun,

Özgəyə, doğmaya iftixar, ana.

Sərraf Qasım xoşhal deyil üqbadan,

Ləziz haqq tamından sən oldun dadan,

Müqəddəs olsan da, köçdün dünyadan,

Yadigarın qaldı budaq-bar ana.