1104: AĞLADI (Bala dərdi)

AĞLADI (Bala dərdi)

Oğul dərdi qəddin əymiş bir qoca,

Ah çəkib o dedi: - bala, ağladı.

O xoş çağlar birdə dönə geriyə,

O günlərim indi ola, ağladı.

Ay oğul, haradasan? gəl deyə-deyə,

Yol gözlərəm neçə il deyə-deyə.

Bəslədim bağında gül deyə-deyə,

Şeyda bülbül çəkib dala ağladı.

Saxlaya bilmirdi o qoca özün,

Bahar buludu tək doldurub gözün.

Sərrafam, gördüm ki, çevirib üzün,

Baxıb oğul gedən yola, ağladı.