1100: DÜNYADAN

DÜNYADAN

Çox dahilər gəlib, fatehlər gedib,

Sən kimsən ki, getməyəsən dünyadan.

Gül bədənlər qarışıblar torpağa,

Mümkün deyil, itməyəsən dünyadan.

Özündən sonrakı gününə yol çək,

Bəhrəli toxum səp, sən vaxtında ək.

Nəsil artırmasan, kök kəsiləcək,

Qoy əliboş getməyəsən dünyadan.

Sərraf Qasım bu dünyanın kamını,

Alıb, dadmaq üçün beş gün tamını.

Mümkün deyil, yandırmasan şamını,

Min təmənna etməyəsən dünyadan.