1098: MƏNİ (Tiflis)

MƏNİ (Tiflis)

Gürcüstanlı tələbə yoldaşı Serqo ilə birlikdə Tbilisi (Tiflis) şəhərinə gedərkən yazdığım şeir.

Əhdə sadiq dostum, vəfalı Serqo,

Gəncədən Tiflisə gətirdi məni.

Adını eşidib, həsrət çəkdiyim,

“Tamara bağı”na yetirdi məni.

Gördüm orda ülfət, min bir haqqı-say,

Şən gürcü dilində çalındı lay-lay.

Sənan qapıların açdı taybatay,

Məhəbbət mülkünə ötürdü məni.

Hikmətdən çəkildi hər misalları,

Halıma bənzərdi hər bir halları.

Gürcü ağbirçəyi, ağsaqqalları,

Fəxri övladlığa götürdü məni.

Sərraf Qasım deyər: bahar çağında,

“Terek” çayı boyu ay qabağında.

Gürcü gözəlləri “Kazbek” dağında,

Güllərin içində itirdi məni.