1095: BİLMİRƏM

BİLMİRƏM

Namuslu qohumdan, mərd dostdan başqa,

Özgə qapısını döyə bilmirəm.

Namussuz qohumun, biqeyrət dostun,

Kəsib çörəyini yeyə bilmirəm.

Tarazlıq olarmı meyli nasazda?

Nə axtarmaq olar məsləki azda?

Abırsız, ismətsiz oğulda, qızda,

Mənlik gözlənilmir niyə bilmirəm.

Sərraf Qasım deyər: öz şanımı mən,

Gözləyib hər yerdə ad-sanımı mən.

Atıb təsib adlı mərd donumu mən,

Nanəcib donunu geyə bilmirəm.