1092: OLAR-OLAR

OLAR-OLAR

Aslanın ilqarı, pələngin andı,

Əhdi, əqidəsi bir olar-olar.

İldə öz nəslini bir baş artırar,

Şirin doğduğu da şir olar-olar.

Tülkünün çoxluğu sındırar fala,

Bu hal səbəb olar bərk qilü-qala.

Hər tülkü doğanda ildə on bala,

Aləmdə çaxnaşma, şur olar-olar.

Sərraf Qasım, eylə bəbirə biyət,

Qartal ol, qartaldan sən al nəsihət.

Bir xasiyyət deyil, çaqqal xasiyyət,

Tamam fitnə-fəsad, şər olar-olar.