1091: ELƏDİR

ELƏDİR

Aşıq Azaflıya xitabən yazdığm şeir.

Oğul məhəbbəti ataya necə,

Mənim məhəbbətim sənə elədir.

O şaqraq səsinin gur hərarəti,

Necə qızınaram günə, elədir.

Doğulur ilhamım, sözüm sözündən,

Ağır söz çeşməmin gözü gözündən.

Götürür ocağın közü közündən,

Od alır odundan sinə, elədir.

Sərraf Qasım deyər: şad oldum, dədə,

Qəlbimdə söz çoşdu, sən coşan vədə.

Necə ümman coşa, təlatüm edə,

Fırtınası qalxa, enə, elədir.