1090: NƏYƏ GƏRƏKDİ

NƏYƏ GƏRƏKDİ

Xəstə yatırsansa, yan üstə, yazıq,

Hədərdir dövranın nəyə gərəkdi?

“Ölürəm” deyəndə allı, qumaşlı,

Olsa da dörd yanın nəyə gərəkdi?

Vara bel bağlama, itirər əmək,

Xəzinə çiynində yük imiş demək.

İllər xəstəsinə etmirsə kömək,

Bəs o şöhrət-şanın nəyə gərəkdi?

Sərraf Qasım, bulaq xoşlar camağı,

Unutma ki, cam xoşlamır yamağı.

Həyatın hər şirin kefi, damağı,

Olmasa sağ canın nəyə gərəkdi?