1089: YADİGAR QALSIN

YADİGAR QALSIN

Yazıram mehriban dostluğumuzdan,

Dostlarda sözümüz yadigar qalsın,

İtməsin heç zaman bir kəsdiyimiz,

Duz-çörək, duzumuz yadigar qalsın.

Salaq babaları, gəl, yadımıza;

Görək çox layiqli iş adımıza.

Yaxşı ata kimi övladımıza,

Yolumuz, izimiz yadigar qalsın.

Sərraf Qasım gedər dünyadan bir gün,

Olmaz bundan çətin, bundan betər gün.

Qoy bizsiz oxunsun sözümüz hər gün,

Köçəndə sözümüz yadigar qalsın.