1088: GƏLMƏDİ

GƏLMƏDİ

Yazıq bir adamdan Allah alanda,

Allaha ağ olub dilə gəlmədi.

Həkim, loğman getdi dərdə dərmana,

Fəqət, aylar keçdi, ilə gəlmədi.

Dərdini bilmədim canın iş keçdi,

Dəldi öz bağrımı, dərdim tuş keçdi.

Üstündən neçə yay, payız, qış keçdi,

Yaz oldu, bülbül də gülə gəlmədi.

Ağlım bir şey kəsmir o sarı simdən,

Tərpəndimi divar, uçulur himdən.

Bilməm, mehribanlar incidi kimdən,

Sona gölə, ceyran çölə gəlmədi.

Sərraf Qasım deyər: yoxdur təhəri,

Pozuldu canımın pərgarı-pəri.

Yalvarıb çağırdım, dönmədi geri,

Hayıf, o sağ anım ələ gəlmədi.