1086: NƏ VAR (Saat kimi)

NƏ VAR (Saat kimi)

Saat kimi meylin haqqa dolansa,

Haqqın sayəsində gəzməyə nə var!

İnsafın, mürvətin, qəlbin olmasa,

Könül bir şüşədir əzməyə nə var?

Kim qalar qayğına Allah qalmasa,

Qəlbinə Allahın xofu dolmasa.

Haqqın mərhəməti, rəhmi olmasa,

Cücənin boğazın üzməyə nə var?

Daş düşər başına, Allahsız, birdən,

Bərəkət gözləmə, Allahsız dərdən[1].

Allahsız evlərdən, Allahsız yerdən,

Allahsız qonşudan bezməyə nə var?

Təsdiq elə, qəlbin versin şəhadət,

İnanıb Allaha, etsin ibadət.

Nə vardandı, nə yoxdandı səxavət,

Haqqdan olsa, möhüb düzməyə nə var?

Çəkilsə üstündən qara qaşına,

Bir kədər üz versə iqbal quşuna.

Sərraf Qasım, qəza gəlsə başına,

Haqqdan səbrin olsa, dözməyə nə var.

[1] Dər - qapı