1081: YURD YERİ

YURD YERİ

Sərraf Qasımın tələbə vaxtlarında Gəncə şəhərindən doğma ata-baba yurduna xitabən yazdığı şeir.

İtməz yadigardır izlərim səndə,

Saxla, bu bir nişanəmi, Yurd yeri.

Xatırla səninlə yarı böldüyüm,

Sevinci, kədəri, qəmi, Yurd yeri.

Kimsəsiz qulağı səsdə qalarsan,

Mənsiz; sazsız, sözsüz xəstə qalarsan.

Sən öz növrağının üstə qalarsan,

Ömürdür gedərgi gəmi, Yurd yeri.

Sərraf Qasım bir an unutmaz səni,

Zirvədə boranı, ətəkdə çəni.

Dünyadan köçəndə unutma məni,

Yadına sal, bir dost kimi, Yurd yeri.