1076: BƏNZƏYİR

BƏNZƏYİR

Gözəlliyin edir heyran, sevgilim,

Ləblərin süzməmiş şana bənzəyir.

Günəş camallısan, ay doğuşlusan,

Yanağında allar qana bənzəyir.

Eşqinlə can verdim döndüm məhvərə,

İstəyir gözlərim gözünü görə.

Sevgilim, gözlərin səltənətlərə,

Baxışların xanimana bənzəyir.

Sevgilim, sevginin bəhrəsin görək,

Sönməsin ürəkdə məhəbbət gərək.

Bir-birin sevəndə hər iki ürək,

İki könül bir cahana bənzəyir.

Sərraf Qasım deyər: bir şirin payıq,

Sevgilim, sevməkdə Məcnuna tayıq.

Məhəbbətin sirli sınağındayıq,

Eşq özü də imtahana bənzəyir.