1074: VERİR

VERİR

Yazılı hər qaya, hər məzar daşı,

Sirli tarixlərdən min soraq verir.

Ulular söz açır dastanlarından,

Bizə oxunmamış min varaq verir.

Nədir çiynindəki o saxsı kuzə?

Onun içindəki qəmdir, ya məzə?

Unutmayın deyir, bu cahan bizə,

Babalardan qalma çox yaraq verir.

Sərraf Qasım bilir, çox izlər batır,

Həyat gərdişində, kim deyir yatır?

Hər zaman sirrini sirrinə qatır,

Bu hikmət dünyası min maraq verir.