1070: BABAMA

BABAMA

Aşıq Ələsgərin nəvəsi Aşıq Haqverdi Talıb oğluna xitabən yazdığım şeir.

Ələsgər yurdunun ağsaqqalına,

Min bir salam söylə, Talıb babama.

Vüqarlı sinəsi-söz xəzinəsi,

Ələsgərin mülkü qalıb babama.

Həqiqət bənzəmir heç də nağıla,

Vəsiyyətdir: qoyma bu yurd dağıla.

Ələsgər öz yerin verib oğula,

O fitrətdən, fitrət dolub babama.

Qəlbimdən söz axır, demə durğunam,

Bir yolçuyam, zənn eləmə yorğunam.

Elə sənətkara elə vurğunam,

Əzəldən olmuşam talib babama.

Tapıram sənətin xanın, paşasın,

Oğlu da qocalsın, görək qoşasın.

Bundan babam daha yaşasın,

Düz yüz bir il qismət olub babama.

Sərraf Qasım deyər: el mərdi kimi,

Çəkirəm dərdini el dərdi kimi.

Minəttdaram kamil Haqverdi kimi,

Neçə barlı bağça salıb babama.