1068: ÖMRÜMÜZ

ÖMRÜMÜZ

Aşıq qardaş, deyim niyə müşküləm,

Qırx beş, əlli, altmış ildi ömrümüz.

Biz bilmirik onun mənbəyi nədir,

Tez açılan, solan güldü ömrümüz.

Çəkmək olmur ömrün göz kitabından,

Oxudum, hər ömrün söz kitabından;

Beş günlüyəm deyib öz kitabından,

Əbədiyyət sözün sildi ömrümüz.

Ömür bir dastandı, sirli nağıldı,

Onu dərk eyləyən idrak, ağıldı.

Sərraf Qasım, niyə fani doğuldu?

Nə üçün cahana gəldi ömrümüz.

1972-ci il, Aşağı Qışlaq kəndi.