1066: CEYRAN

CEYRAN

Sənin camalına, gözəlliyinə,

Təbiətmi verib zəmanət, ceyran?

Vardır ox dartışın, süzgün qaçışın,

Səndədi təkcə bu əlamət, ceyran.

Doğma oylaqlarda sən daha şənsən,

Səhra ümmanımda əsrəng yelkənsən.

Dağımın, düzümün gözəli sənsən,

Qiyamətsən əcəb, qiyamət, ceyran.

Qaydadır: qovuşar gündüz axşama,

Yaman dostu görüm çatmasın kama.

İki gözünə də gərək ağ dama,

Kim ki, olsa sənə xəyanət, ceyran.

Dumanlı axşamda, şehli sabahda,

Arandan, yaylaqdan, eldən, obadan.

Sərraf Qasım deyər: Vurğun babadan,

Bizə əmanətsən, əmanət, ceyran.