1065: ETİBARSIZ

ETİBARSIZ

Min cəfanı çəkdim, qədir bilmədin,

Hayıf, oldum sənə qul, etibarsız.

Vicdanım önündə safam, təmizəm,

Nə edim, olursan, ol etibarsız.

El içində əriyirəm qar kimi,

Yediyim, içdiyim zəhrimar kimi.

Eşitmirəm sözlərini kar kimi,

Səni də olasan lal, etibarsız.

Sərraf Qasım deyər: ax gözümdən yaş,

Kimə bel bağlayım, kim olsun sirdaş?

Dost-müsahib, qohum-qardaş, yar-yoldaş,

Dövlət etibarsız, pul etibarsız.