1063: AĞRIYIR

AĞRIYIR

Dava-dərmanınla əlac et, həkim,

Mədəmdə yaram var, yaman ağrıyır.

Cavan canım vaxtsız zədə tapıbdır,

Varmı sağlığıma güman, ağrıyır.

Təbib, tap yaramın gözün, yar məni,

Narın-narın doğra, həzin yar məni.

Bıçaq al əlinə, özün yar məni,

Şəfasını səndən uman ağrıyır.

Sərraf Qasım deyər: ağır, pis günüm,

Xəstəyəm, olarmı dərddən diskinim?

Çösküyüb üstümə, getmir çiskinim,

Dolaşır köskümdə duman ağrıyır.