1062: ÜRƏYİMCƏDİR

ÜRƏYİMCƏDİR

Sərraf Qasımın Mərdəkan xatirələri silsiləsindən.

Bu məkana ilk gəlişdə gördüyüm,

Xoş işvələr, nazlar ürəyimcədir.

Əzəl vurulduğum, könül verdiyim,

Nigar kimi qızlar ürəyimcədir.

Füzulini sevir el əzəlindən,

Doymayır Vahidin şux qəzəlindən.

Azəri yurdunun hər gözəlindən,

Eşitdiyim sözlər ürəyimcədir.

Camallar gördüm ki, saçları şölə,

Yaşı da olmamış on səkkiz hələ.

Çıxmaz xatirimdən yanağı lalə,

O ceyrani gözlər ürəyimcədir.

Yüz dosta söylədim: evin abadan,

Qonaqlar gəlmişdi çox el-obadan.

Qonaq qarşılamaq ata-babadan,

Qalan dərin izlər ürəyimcədir.

Dostlar arsında görmədim fərqi,

Təmsil edirdilər Cənubu, Şərqi.

Sərraf Qasım deyər: vururdu bərqi,

O xoş, gülər üzlər ürəyimcədir.