1056: BAĞÇADA GÜL

BAĞÇADA GÜL

Məhəbbət bağının bağbanıyam mən,

Sənsə bəslənirsən o bağçada gül.

Əzizim, həyatda vüsal axtaran,

Tapar səadəti o bağçada gül.

A yar, yarın olsun təki məhəbbət,

Sorsam ülvi nədir? de ki, məhəbbət.

Düz ilqar, etibar, ya ki, məhəbbət,

Deyirlər: heç solmaz o bağçada gül.

Sərraf Qasım deyər: yar bu sinəmi,

Vərəq-vərəq oxu, yar, bu sinəmi.

Gəl, könül bağında yar bu sinəmi,

O bağçada sevin, o bağçada gül.