1055: İGİD İŞİ

İGİD İŞİ

Mərd kimi yaşayıb, mərd kimi ölmək

Namuslu, qeyrətli igid işidir.

Haqq tək səxavətli, gərəkli olmaq

Nadir insanların xoş vərdişidir.

Şaxta olsa əgər sərt meydanında,

Döz ki səndən qorxsun dərd meydanında.

Namərd basılanda mərd meydanında,

Soruşmazlar aslan erkək, dişidir?

İşlətsə ağıllı, kamallı sər kim?

Sayılmaq istəsə həyatda pir kim?

Sərraf Qasım deyər: yaxşılıq hər kim,

Etsə yamanlığa yaxşı kişidir.