1054: AĞA, NECƏDİR

AĞA, NECƏDİR

Ya şeyx, günahkaram şəriətdə mən?

Yazdırıram qara, ağa, necədir?

Görüşmürəm nə müddətdir yar ilə,

Pozulubdur ara, ağa, necədir?

İki sevgi, iki qəlbə dolmasa,

Sən ona, o, sənə səcdə qılmasa.

Can sirdaşın qədir bilən olmasa,

Nə yaraşır yara, ağa, necədir?

Mən Sərraf Qasımam nəzir-niyazım,

İşim düşüb sənə, olmusan lazım.

Şeyx ağa, olarmı nigahı pozum,

Gələsiniz kara, ağa, necədir?