1053: O BƏXTƏ-BƏXTDİR

O BƏXTƏ-BƏXTDİR

Ya nəsib xoşbəxtlik hər kəsə qismət,

Ola, ya olmaya, o, bəxtə-bəxtdir.

Həyatda ömürdən, gündən tökülən,

Dola, ya dolmaya, o, bəxtə-bəxtdir.

Fələk versə kimə öz bəd duasın;

Dərdə düşər, tapa bilməz davasın.

Hər insan ölüncə şadlıq havasın,

Çala, ya çalmaya, o, bəxtə-bəxtdir.

Çox əziz istəkli şirin can kamın,

Kim öz məzarından almır yan kamın?

Sərraf Qasım deyər: hər insan kamın,

Ala, ya almaya, o, bəxtə-bəxtdir.